​ABŞ Rusiyaya qarşı hərəkətə keçir: KREMLİN layihəsi

ABŞ Konqresinin müzakirəsinə Rusiya əleyhinə KREMLİN layihəsi çıxarılıb.
Muxalifət.az xəbər verir ki, yeni layihə təşəbbüsünü konqresmen Raci Krişnamurti irəli sürüb. KREMLİN layihəsinin açıqlamasının “Rusiya Müdaxiləsi Minimallaşdırılması və Kəşfiyyat Fəaliyyətinin Məhdudlaşdırılması haqqında qanun” olduğu bildirilib. Yeni sənədə əsasən, ABŞ kəşfiyyatı Moskvanın seçkiyə müdaxiləsi ilə bağlı xüsusi qiymətləndirmə hazırlamalı olduğunu söyləyib.
Krişnamurti öz Feysbuk səhifəsində bu layihənin Rusiyanın hədəflərini öyrənməyə yönəldiyini açqılayıb:
“Biz müəyyənləşdirməliyik ki, Rusiya NATO və Şərqi Avropa dövlətlərinə kiberhücumlar edərək hansı məqsədlərə çatmaq istəyir. Moskvanın ABŞ-a haker hücumuna şübhə yoxdur. KREMLİN layihəsi daha genişmiqyalı hədəfləri müəyyən etməyə imkan verir”./axar/