ABŞ-ın Rusiyaya qarşı hərbi planları MƏLUM OLDU

Baxış sayı:
5449

ABŞ-ın Hərbi-Dəniz Qüvvələri Arktikada mövqelərini möhkəmləndirməyə, Rusiya və Çinin bu regionda artan iddialarına cavab verməyə cəhd edəcək.
Muxalifet.az publika.az-a istinaden xəbər verir ki, bu haqda “Wall Street Journal” nəşri yazır.
Nəşr bildirir ki, Arktika regionunda qlobal istiləşmə ilə əlaqədar yeni dəniz yollarının açılışı və daha aktiv gəmiçilik üçün imkanlar yaranıb.
“Wall Street Journal” yazır ki, ABŞ həmçinin, Alyaska ştatının tərkibində olan Adak adasına öz qoşunlarını göndərmək niyyətindədir. Burada daha əvvəl Amerika hərbi bazası yerləşirdi. Vaşinqton adaya suüstü gəmilər və “P-8” təyyarə-kəşfiyyatçıları yerləşdirməyi planlaşdırılır. Diqqətəlayiqdir ki, Adak Rusiyanın yaxınlığındadır.
Daha əvvəl ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinin başçısı Riçard Spenser bildirib ki, Vaşinqton 2019-cu ilin yayında Arktikaya hərbi gəmilər qrupunu göndərməyi planlaşdırır. O vurğulayıb ki, Rusiya tədqiqatlar və xilasedici əməliyyatlarla izah edərək Arktikada öz hərbi gücünü artırır.
“Düşünürəm ki, biz də həmçinin orada tədqiq aparmalı və kimisə xilas etməliyik”, - amerikalı general yekunlaşdırıb.
Qeyd edək ki, ABŞ-ın sualtı gəmilər və təyyarələri 1960-cı illərdən Arktikadadır.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu 2018-ci ilin yayında Arktika zonasında münaqişə təhlükəsi haqqında xəbərdarlıq edib. Almaniya KİV-i sonra yazıb ki, “dəniz naviqasiyasının azadlığının təminatı üzrə” amerikalıların hərəkətləri Moskvanın iddia etdiyi kimi, “Kerç hadisəsi”nin təkrarına gətirib çıxara bilər.