ABŞ Rusiyaya iki böyük zərbə vurdu - Venediktov

Vyetnamda keçirilən Asiya Sakit Okean ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatında Rusiyaya zərbə vuracaq iki qərar qəbul edilib.
 
Bunu “Exo Moskva” radiosunda çıxışı zamanı jurnalist Aleksandr Venediktov söyləyib.
“Bu qərarlar haqqında bizim televiziyalar danışmır. Bunlardan birincisi Vyetnamın Rusiya helikopterləri yerinə Amerika helikopterlərini almasıdır. İkinci qərara görə isə Çin rus qazından imtina edib, Amerika qazına üstünlük verəcək”, – o bildirib./axar.az