​ABŞ Rusiyanın “qatil”inin analoqunu hazırlayır

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) “hava-hava” sinfindən olan yeni raketin hazırlanması üzrə ikiillik proqramı reallaşdırır.
“Röyters” xəbər verir ki, raket böyük məsafələrdə hədəfləri ələ keçirə biləcək.
LREW (long-range engagement weapon) havada hökmranlığın saxlanılması üçün nəzərdə tutulub və “qatil” Rusiyanın Su-57 beşinci nəsil qırıcılarının təchizatı üçün nəzərdə tutulmuş K-77M raketinin analoqu olacaq.
Bu hələ 1980-ci illərdə silahlanmaya qəbul edilmiş AIM-120 AMRAAM (Advanced Medium-Range Air-to-air Missile) “hava-hava” sinfindən olan və idarə olunan orta mənzilli silahı əvəz etməlidir.
AIM-120 AMRAAM-ın son modifikasiyası 160 kilometr uzaqlığa malikdir və GPS naviqasiyası ilə təchiz edilib. Amma raket “qatil” və Çin analoqlarından (PL-12D və PL-21 raketləri) geridə qalır.
LREW-in mühəndislik əsaslandırılması və layihə analizi 2016-cı ildə başa çatıb.