ABŞ Rusiyanı mühasirəyə alır

ABŞ Rumıniya və Bolqarıstanda təlimlərə başlayıb

Pentaqon başçısı Stiv Uorren Rumıniya və Bolqarıstanda ABŞ hərbi təlimlərinin başladığını elan edib.

Bu barədə ABŞ müdafiə nazirliyinin rəsmi saytında xəbər verilib.

Xəbərdə bildirilir ki, 173-cü hava-desant briqadasının əsgərləri rumın hərbiçiləri ilə birgə məşqlərin keçirilməsi üçün Smardan poliqonuna yerləşdiriliblər. Eyni vaxtda ABŞ-ın 7-ci ordusu Mixail Koqelniçanu aeradromunda quru əməliyyatı keçirəcək.

Qeyd edək ki, bundan əvvəl Latviyada 1100-dən çox NATO əsgərinin iştirak edəcəyi "Summer Shield XII" hərbi təlimlərinin də başlaması xəbəri yayılıb.