ABŞ, Rusiya və İsraildən “İran və Suriya” bazarlığı

Baxış sayı:
8068

Qüdsdə Rusiya, ABŞ və İsrail nümayəndələri arasında keçiriləcək görüşdə ABŞ və İsrailin Moskvaya Suriyada İrana təsir etməsi qarşılığında Suriyanın dövlət başçısı Bəşşar Əsədi tanımağı təklif edəcəyi irəli sürülüb.
 
London mərkəzli ərəbcə dərc olunan “Şarku'l Avsat” qəzetinin Qərbli diplomatik mənbələrə əsaslandırdığı xəbərinə görə, iyunun sonunda Qüdsdə Rusiya, ABŞ və İsrail nümayəndələri arasında keçiriləcək milli təhlükəsizlik mövzulu yığıncaqda İranın Suriyadakı varlığı başlıca gündəm maddələrindən biri olacaq.
Qəzetə danışan qaynaq ''Tərəflər görüşmədə, bir yol xəritəsini müzakirə edəcək. Bu yol xəritəsinə görə, ABŞ və müttəfiqləri Suriyada İranın rolu və siyasi nüfuzuna maneə törətməsi ilə bağlı müəyyən hərəkətləri qarşılığında, Moskvaya Suriyanı yenidən inşa, rəhbər hökumətin (Bəşşar Əsəd rəhbərliyinin tanınması) və sanksiyaların qaldırılması kimi təkliflər edəcəyi bildirilib.
Rusiya Təhlükəsizlik Şurasının katibi, ABŞ prezidentinin Təhlükəsizlik üzrə məsləhətçisiCon Bolton və İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Meir Ben Şabat iyunun sonunda Qüdsdə bir araya gələcək. Üç ölkə arasında bu səviyyədə ilk dəfə belə bir görüş keçiriləcək.
Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi nın sədri Konstantin Kosaçev Facebook hesabından etdiyi açıqlamada, üçüncü bir ölkənin Suriyadakı varlığının Rusiya ilə ABŞ arasında razılaşma mövzusu olmasının o qədər də mümkün olmadığını qeyd edib.
Xarici güclərin Suriyada olma məqsədinin IŞİD və digər terror təhdidləri ilə mübarizə olduğunu ifadə edən Kosaçev, bu güclərin varlığını azaltmaq istəyirsə, ABŞ-ın Suriyada və Orta Şərqdə terrorun ortadan qaldırılması üçün hər şeyi etməsi lazım olduğunu vurğulayıb.
Müxalifət.az