​ABŞ-Rusiya əlaqəsi soyuq müharibə dövründən daha pisdir

ABŞ qlobal sənaye bazarında öz maraqlarının təminatı üçün Rusiyaya qarşı sanksiya təzyiqlərindən istifadəyə davam edir.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski söyləyib.
“ABŞ-ın sanksiyalar siyahısına düşəcək şirkətlərin adı gözlənilməz deyildi. ABŞ əvvəlki kimi Rusiyanın qarşısının alınması prosesini davam etdirir. Bu, ABŞ-Rusiya münasibətlərinə pis təsir edəcək. Hazırda münasibətlərimiz soyuq müharibə dövründən daha pis vəziyyətdədir”, – deyə o bildirib.