ABŞ Rusiya hərbçilərinə viza verməyib

Baxış sayı: 51

BMT-də ABŞ-ın qlobal RƏM sistemlərinin yerləşdirilməsi problematikası üzrə brifinq keçirilib
 
Rusiya Silahlı Qüvvələri Baş Qərargahının nümayəndə heyəti üzvlərinə BMT-də hərbçilərin Rusiya-Çin birgə konfransında iştirak etməsi üçün Amerika vizası verilməyib.
TASS xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi Aleksandr Yemelyanov deyib.
Onun sözlərinə görə, cümə axşamı baş tutan brifinqdə general-leytenant Andrey Tretyakın başçılıq etdiyi nümayəndə heyətinin iştirakı planlaşdırılırdı.
Oktyabrın 12-də BMT-də Rusiya və Çin hərbçilərinin ABŞ-ın qlobal RƏM sistemlərinin yerləşdirilməsi problematikası üzrə brifinq keçirilib.