ABŞ-Rusiya gərginliyindən QAZANAN SİLAH TACİRLƏRİ

Baxış sayı:
3052

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın Rusiyaya göndərdiyi "Suriya" mesajı 3-ci Dünya Müharibəsinin fitili kimi səciyyələndirilir.
 
Suriyada illərdir davam edən daxili müharibədə terror təşkilatları Amerika və bəzi Avropa ölkələri ilə açıq bir şəkildə əməkdaşlıq edib.
Ölkələrin mənfəətləri istiqamətində istifadə etdiyi terrorçular, regionda milyonlarla insanın həyatını itirməsinə səbəb olub. Qan gölünə dönən ölkədə artıq 3 mərtəbəli qəbirlər yaradılmağa başlanıb.
 
SİLAH TACİRLƏRİ QAZANDI
 
Güc müharibələrində ən böyük əziyyəti mülki əhali çəkərkən, silah tacirləri də pul kisələrini yaxşıca doldurur.
 
5 ƏN İRİ ŞİRKƏT
 
Bölgəyə silah satışı ilə məşğul olan 5 şirkətin 6 ildə dəyəri 120 faiz artaraq 330 milyard dollara çıxıb.
Lockheed Martin, Northrop Grumman, Raytheon, Boeing, General Dynamics adlı silah şirkətlərinin bazar dəyərləri belə sıralanıb:
 

ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putinin qarşılıqlı açıqlamaları ilə birlikdə 3-ci Dünya Müharibəsi ritorikaları artıq ifadə edilməyə başlanıb.
Böyük bir müharibə şayiəsi, silah ticarətçilərini da həyəcanlandırıb.
Müxalifət.az