​ABŞ Rusiya diplomatlarını ölkədən çıxardı - QALMAQAL

FTB agenti gizli məlumatları Rusiyaya ötürməkdə ittiham olunur

Rəsmi Vaşinqton Rusiyanın ABŞ-dakı səfirliyində çalışan 2 diplomatını ölkədən çıxarıb.
“RİA Novosti “agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi bəyan edib.
“Baş vermiş hücuma cavab olaraq iyunun 17-də iki rusiyalı diplomat ABŞ-dan çıxarılıb”, deyə C.Kirbi bildirib.
Bundan əvvəl “Washington Post” qəzeti Moskvada, ABŞ-ın Rusiya səfirliyində çalışan əməkdaşının hücuma məruz qaldığı barədə məlumat yaymışdı. Rusiya XİN, öz növbəsində, həmin şəxsin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) agenti olduğunu və səfirliyin mühafizəçisinə hücum etdiyini bildirmişdi.
Rusiyanın ABŞ-dakı səfirliyi Dövlət Departamentinin açıqlamasını şərh etməkdən imtina edib.