ABŞ rəsmiləri PKK/YPG-yə Əsəd rejimi ilə razılaşmalarını tövsiyə edib

Baxış sayı:
5707

Terror təşkilatı PKK/YPG-nin örtük olaraq istifadə etdiyi SDG-nin sözdə həmsədri İlham Əhməd, ABŞ rəsmilərinin onlara Əsəd rejimi ilə razılaşmanın bir yolunu tapmalarını tövsiyə etdiyini söyləyib.
 
SDG-nin sözdə siyasi qanadı Suriya Demokratik Şurasının həmsədri İlham Əhmədin “Defense Poçt”-a verdiyi açıqlamalara görə, Fransız rəsmiləri Suriyanın şimalında uçuşa yasaq bölgə elan edilməsinə isti baxır. Verilən məlumata görə, Fransız rəsmiləri uçuşa yasaq bölgə məsələsini Avropa Birliyi və Vaşinqtona məsləhətləşmədən gündəmə gətirmək istəmir.
 
ABŞ-ın Suriyadan çəkilmə qərarı
 
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Twitter hesabından verdiyi açıqlamada, "Prezidentliyim dövründə Suriyada olmağımızın yeganə səbəbi olan İŞİD-ı məğlub etdik" deyə qeyd etmişdi. Ağ Ev sözçüsü Sarah Sanders də "İŞİD ilə mübarizənin yeni mərhələsinə qədəm qoymaqla bərabər, ABŞ əsgərlərini ölkəyə geri çəkməyə başladıq" deyə açıqlama vermişdi.
Anadolu Agentliyinin xəbərinə görə, Amerikan mediasının XİN rəsmilərinə əsaslandırdığı xəbərlərdə isə Xarici İşlər Nazirliyi Suriyadakı bütün şəxsi heyətini 24 saat ərzində çəkəcəyi və ABŞ-ın Suriyadakı əsgərlərinin də 60- 100 gün ərzində ölkədən çəkiləcəyi iddia edilmişdi.
Müxalifət.az