ABŞ-a rəsmi çağırış etdi: Hakimiyyət çevrilişi edin

Baxış sayı:
9379

Venesuelada dövlət çevrilişinə cəhd göstərən müxalif lider Xuan Guiado ABŞ ordusundan rəsmi olaraq yardım tələb edib. Guiadonun ABŞ-dakı nümayəndəsi Karlos Vecchio sosial media üzərindən Guiadonun ABŞ ordusundan rəsmi yardım istədiyinə dair məktubu dərc edib.
 
Nümayiş etdirilən məktubda, Guaidonun nümayəndəsi Karlos Vecchioya, ABŞ Ordusu Cənub Komandanlığının rəhbəri Kreyq Fallar ilə görüşməsi üçün göstərişi verdiyi ifadə edilir. "Guiado rəhbərliyi ABŞ dəstəyini məmnuniyyətlə qarşılayır" ifadəsinin yer aldığı məktubda, ABŞ-ın əməkdaşlığa dair danışıqların başlaması nöqtəsində könüllü olduqları bildirilib.
"ABŞ-a dostluğu üçün minnətdarıq" deyə qeyd edilən məktubda, Venesueladakı durumun getdikcə daha pis bir vəziyyət aldığı bildirilib.
 Özünü ölkənin müvəqqəti prezidenti olaraq bəyan edən Xuan Guiado, ABŞ-la yanaşı, 54 ölkə tərəfindən dəstəklənir.
Rusiya, Çin və Türkiyə başda olmaq, çox sayda ölkə də dövlət başçısı Nikola Maduroya dəstək verir.
Müxalifət.az