ABŞ rəhbərliyindən qalmaqal! Misirdəki edamlara dəstək verdilər

Baxış sayı:
4219

ABŞ rəhbərliyi Misirdəki edamlarla bağlı ilk rəsmi açıqlamasında, "beynəlxalq hüququn ölüm cəzasına yol verdiyini" qeyd edərək sözügedən cəzanın "qanuni" olduğunu bildirib.
 
 ABŞ Xarici İşlər Nazirliyinin sözçüsünün müavini Robert Palladinoya yönəldilən Misirdəki edamlarla bağlı suala, yüksək səviyyəli bir nazirlik rəsmisi yazılı cavab verib.
Misirdəki edamlara dair məlumatlarının olduğunu qeyd edən səlahiyyətli, buna baxmayaraq edam edilən və ya haqqında ölüm hökmü verilən şəxslər mövzusunda bir şərh etməyəcəklərini ifadə edib.
 
MİSİRDƏKİ EDAMLARA TƏSDİQ!
 
 Nazirlik rəsmisi Misirdəki məhkəmə proseslərinə və edamlara dair hər hansı bir qınama ifadəsinin yer almadığı açıqlamasında, bu qiymətləndirməni edib:
“Bir ölkədəki daxili hüquqa və beynəlxalq öhdəliklərə uyğun keçirildiyi müddətdə beynəlxalq hüquq edam cəzasına icazə verir. Bütün ölkələrə, məhbuslara humanist rəftar edilməsinin və ədalətli mühakimə olunma hüquqlarının təminat altına alınmasının vacibliyini vurğulayırıq. Misir qanunlarının edam cəzasına məhkum edilən şəxslərə hüquqi və idarəetmə araşdırması verdiyinin fərqindəyik".
Qeyd edək ki, Misirdə baş prokuror Hişam Berekata sui-qəsd məhkəməsində edama məhkum edilən 9 müttəhimin cəzaları 20 fevralda yerinə yetirilmişdi.
Müxalifət.az