ABŞ-Ərəb ortaqlığı: HƏDƏFLƏRİ TÜRKİYƏ VƏ İRAN

Baxış sayı:
3673

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda, Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) üzvü olan ölkələrlə yanaşı, Misir və İordaniyadan nümayəndələr ilə ABŞ Mərkəzi Qüvvələr Komandanı (Centcom), ordu generalı Cozef Votelin iştirakı ilə Ərəb-ABŞ hərbi toplantısı keçirilib.
 
Səudiyyə Ərəbistanının baş qərargah rəisi Feyyad bin Həmid er-Ruveyli ilə Votelin birgə sədrlik etdiyi iclasda ABŞ-ın 2018-ci il üçün müdafiə strategiyası, təhlükəsizlik, regional məsələlər ilə terrorla mübarizənin müzakirə olunduğu bildirilib.
 
DİQQƏT ÇƏKƏN ZAMAN
 
İki gün davam edən toplantıda Qətəri təmsil edən baş qərargah rəisi Gan bin Şahin el-Ganim də iştirak edib. Toplantının, Suriyada Fəratın şərqinə yerləşdiriləcək Ərəb Qüvvələri xəbərlərinin mediaya əks olunmasından dərhal sonra keçirilməsi diqqət çəkib.
 
HƏDƏFLƏRİ TÜRKİYƏ VƏ İRAN İDDİASI
 
ABŞ mediasında çıxan xəbərlərdə qurulacaq "Ərəb Gücü"nün Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Səudiyyə Ərəbistanı, İordaniya və Misir tərəfindən dəstəklənməsinin istənildiyini bildirirdi.
Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Səid İbni Cübeyr də ölkəsinin qurulacaq gücə dəstək verəcəyini açıqlamışdı. Həmin gücün, ABŞ və İsrailin çətiri altında, başda İran olmaqla, Türkiyəyə qarşı istifadə ediləcəyi iddia edilir.
Müxalifət.az