ABŞ raket sistemlərini Koreyaya göndərdi

ABŞ Pxenyandan gələcək təhlükənin qarşısını almaq üçün Cənubi Koreyada “Patriot” qabaqcıl raket sistemləri yerləşdirib.
 
Bu barədə Cənubi Koreya mətbuatı informasiya yayıb.
Məlumata görə, ABŞ-ın Cənubi Koreyada yerləşən 35-ci hava hücumundan müdafiə briqadası yeni “Patriot” raket sistemləri ilə təchiz olunub.
Hazırda Cənubi Koreyada ABŞ-a məxsus 12 “Patriot” raket sistemləri mövcuddur. PAC-2 raket sistemləri 4, PAC-3 raket sistemləri isə 16 raketlə təchiz olunub./axar.az