​ABŞ Ər-Riyada THAAD verir

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına raket əleyhinə THAAD sistemlərinin satışına izn verib.
Bu barədə informasiyanı ABŞ Müdafiə Nazirliyi yayıb. Nazirlik satılacaq sistemlərin dəyərinin 15 milyard dollar olduğunu bildirib. Bu sistemlərin Vaşinqtonla Ər-Riyad arasında imzalanmış 110 milyardlıq silah müqaviləsi çərçivəsində Səudiyyə Ərəbistanına verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, bundan öncə Ər-Riyadla Moskva arasında S-400 sistemlərinin satışı ilə bağlı razılıq əldə olunması haqqında informasiya yayılmışdı.