ABŞ qəzetində PKK rüsvayçılığı! Başına mükafat qoyulan terrorçuya köşə yazısı

Baxış sayı:
8488

“Vaşinqton Post”-un məqaləsini dərc etdiyi PKK-nın terrorçubaşı Cəmil Bayık, Amerikanın başına mükafat qoyduğu terrorçular siyahısının üst sıralarında yer alır. Vaşinqton terrorçu Bayıkın tutulması üçün məlumat verənlərə 4 milyon dollara qədər mükafat vəd edir. Ancaq “WP” beynəlxalq hüququ tapdalayıb, terrorçuya təşkilat təbliğatı etdirdi.
 
ABŞ hökumətinin PKK/YPG ilə olan möhkəm əlaqəsinə ölkədəki media da uyğunlaşır. SDG qondarma adını istifadə edən PKK-ya hər cür dəstəyi verib, Suriyada himayə edən ABŞ kimi, “Vaşinqton Post” qəzeti də təşkilatın yayım orqanı kimi hərəkət etməyə başlayıb. “Vaşinqton Post” dünən terror təşkilatı PKK-nın terrorçubaşlarından olan Cəmil Bayıkın məqaləsini səhifəsindən verib, terror təşkilatının təbliğatına imkan yaratdı. Qəzetin məqaləsini dərc etdiyi Bayık, Türkiyədə olduğu kimi, ABŞ-ın da başına mükafat qoyduğu terrorçular siyahısında üst sıralarda yer alır.
ABŞ Xarici İşlər Nazirliyinin "Ədalət üçün Mükafat" adlı Terrorla Mübarizə Mükafat Proqramının saytındakı məlumatlara görə, ABŞ dövləti Bayıkın tutulmasını təmin edəcək məlumatları verənlərə 4 milyon dollara qədər pul mükafatı vəd edir.
 
Karayılan və Kalkan da var
 
Proqramın sosial media hesabında 6 noyabr 2018-də paylaşılan mesajda, Bayıkla yanaşı, PKK-nın digər terrorçubaşları Murad Karayılan və Duran Kalkanınn tutulması üçün məlumat verənlərə də mükafat veriləcəyi ifadə edilmişdi.
Mesajda, "PKK-nın əhəmiyyətli liderləridir. Məlumat verənlərə şişə imkanı ola bilər. 100 faizlik gizlilik zəmanəti verilir. Yaşadığınız yer dəyişdirilə bilər" ifadəsiyer almışdı. Mesajda, fotoşəkilləri yer alan Karayılan üçün 5 milyon dollar, Bayık üçün 4 milyon dollar, Qalxan üçün 3 milyon dollara qədər mükafat verilə biləcəyi xatırladılmışdı.
 
Türk mətbuatından sərt reaksiya
 
“Vaşinqton Post” qəzetinə terrorla əməkdaşlıq etdiyinə görə, Anadolu Nəşrçilər Dərnəyindən sərt reaksiya verilib. Dərnək etdiyi açıqlamada, "Vaşinqton Post” qəzetinin terror təşkilatı mənsubu bir adamın yazısını dərc etməsi böyük bir qalmaqaldır. 320 media qurumu “Vaşinqton Post”-a terrora yardım və imkan yaratmaq səbəbiylə təoki məktubu göndərəcək. Bizlər terrorun hər növünə və onun dəstəkçilərinə qarşı təpkimizi ortaya qoymağa davam edəcəyik. Bu qalmaqal yanaşma terrorla mübarizədə ikiüzlü davranışın yeni və dəhşətli bir nümunəsidir" deyib.
Müxalifət.az