“ABŞ qoşunlarını Suriyadan çıxarmağı düşünür” – “REYTERS”

Baxış sayı:
5638

İngilis informasiya agentliyi “Reuters”-ə açıqlama verən ABŞ rəsmiləri, "Vaşinqton Suriyadakı bütün hərbi varlıqlarını çəkməyi düşünür"  deyib.
 
“The Wall Street Journal” (WSJ) qəzeti də xəbəri, "ABŞ ani bir qərarla Şimali Suriyadakı qüvvələrini çəkməyə hazırlaşır" deyə verib.
WSJ-yə görə, ABŞ-lı rəsmi şəxslər çəkilmə planının terror təşkilatı PKK/YPG-yə bildirilməyə başlandığını da deyib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ötən həftə terror təşkilatı İŞİD-ın 30 gün ömrünün qaldığını açıqlamışdı.
Müxalifət.az