​ABŞ qitələrarası raket sınaqdan keçirdi

Baxış sayı:
6400

ABŞ Hərbi Hava Qüvvələri “Minitmen-3” qitələrarası ballistik raketi sınaqdan keçirib.
 Muxalifet.az xəbər verir ki, bu raket ABŞ ordusunun arsenalında yeganə qitələrarası ballistik raketdir.
Sınaq Kaliforniya ştatının Vandenberq aviabazasında keçirilib. Məqsəd isə silahın dəqiqliyi və hazırlığını, effektivliyini yoxlamaq olub.
Raketin başlığı 6.7 min km uçub. Raket Sakit okeanın mərkəzi hissəsində, Kvadjaleyn atollası rayonunda suya düşüb. Raketin buraya düşməsi əvvəlcədən planlaşdırılmışdı.
Qeyd edək ki, 2017-ci ildə ABŞ 4 belə sınaq həyata keçirib.