ABŞ-a Qaşıqçı xəbərdarlığı! TRAMP CİNAYƏTİ ÖRT-BASDIR ETMƏK İSTƏYİR

Baxış sayı:
4072

“Vaşinqton Post” Yayım Şurası, ABŞ Konqresinə, Səudiyyə jurnalisti Camal Qaşıqçı cinayətini müzakirə etməsi və hadisənin arxasında Səudiyyə Ərəbistanı rəhbərliyinin olduğu təqdirdə lazımi addımları atmağa çağırıb.
 
Qurum, Camal Qaşıqçı cinayətinə dair, "Bu ana qədər (ABŞ prezidenti Donald) Tramp rəhbərliyi Səudiyyə Ərəbistanının Camal Qaşıqçı cinayətini ört-basdır etməsinə dəstək verdi. Konqres də buna daxil olacaqmı" başlıqlı bir yazı qələmə alıb.
ABŞ prezidenti Donald Trampın Qaşıqçı cinayətinə dair "Bu məsələdə güclü bir fikir formalaşdırıram" sözlərinin xatırladıldığı məqalədə, "Ümid edirik ki, vəziyyət belədir, çünki bu ana qədər Tramp rəhbərliyinin bu cinayətə reaksiyası, cinayətin ehtimal cinayətkarı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın adına bir miqdar nəzarət edilən zərərvermə səyi idi" deyə qeyd edilib.
 
ORTADA BİR ÖRT-BASDIR ƏMƏLİYYATI VAR
 
Tramp rəhbərliyinin Qaşıqçı-nın ölümü və cinayətin icraçıları barədə hər hansı bir açıqlamasının olmadığının xatırladıldığı məqalədə, hakimiyyətin daha çox Səudiyyə Ərəbistanının apardığı istintaqın nəticələrini gözləyirmiş kimi" davrandığına işarə edilərək, bu dəyərləndirmələrə yer verilib:
“Bu mövqedəki əsas problem budur. Tramp rəhbərliyi Qaşıqçı cinayətinin Məhəmməd bin Salmanın etmədiyini hesab edir. Ancaq ortada vəliəhd şahzadəni işarə edən çoxlu sübutlar var. Əslində Tramp rəhbərliyinin də çox yaxşı bildiyi kimi, ortada Səudiyyənin apardığı bir istintaq da yoxdur, sadəcə özünü bacarıqsız bir şəkildə istintaq cildinə salmış bir ört-basdır əməliyyatı var".
 
KONGRES QAŞIQÇI MÖVZUSU ƏLƏ ALMALIDIR
 
Məqalədə, Donald Tramp rəhbərliyinin Səudiyyə Ərəbistanı ilə strateji əlaqələrini və silah satışını qorumaq niyyəti qeyd edilərək, “Səudiyyə Ərəbistanı ilə yaxın münasibətlər, Qaşıqçı-ya nə olduğuna dair həqiqətlərə göz yummasını, ya da yatırılmasını tələb etməməlidir. Tam əksinə, ABŞ həqiqətən öz maraqlarını düşünürsə, bu həqiqətləri aşkara çıxarmalıdır" deyə bildirilib.
Məqalədə həmçinin bu çağırışlara yer verilib:
“Tramp, o bəhs etdiyi “güclü fikrini” bu həftə formalaşdırarsa, Konqres də yenidən toplananda bu məsələni müzakirə etməlidir. ABŞ Mərkəzi Kəşfiyyat Təşkilatının (MKİ) direktoru Gina Haspeli, kəşfiyyat təşkilatlarının cinayət haqqında nələr bildiyinə dair ifadə vermək üçün Konqresə çağırmalıdır. Bundan başqa, Səudiyyə rəhbərliyinin günahkar olması vəziyyətində ən ağır cəzaların veriləcəyinə dair öhdəlik verən hər iki partiyadan da siyasilər, əllə tutulacaq nəticələr hazırlamağa başlamalıdır".
Müxalifət.az