“ABŞ-a qarşı daha sərt olacağıq” – ALMANİYA XİN

Baxış sayı:
3625

ABŞ-ın İran ilə P5+1 ölkələri arasında imzalanan nüvə müqaviləsindən çəkilərək xəyal qırıqlığı yaratdığını deyən Almaniya xarici işlər naziri Heiko Maas, Vaşinqtona qarşı daha sərt siyasət yürüdəcəklərini vurğulayıb.
 
Almaniyadan ABŞ prezidenti Donald Trampın Birgə Geniş Fəaliyyət Planı (JCPOA) kimi də tanınan nüvə müqaviləsindən çıxmaq qərarına təpkilər gəlməyə davam edir.
 
BERLİN VƏ WASHINGTON ARASINDAKI MÜNASİBƏTLƏR ZƏHƏRLƏNDİ
 
Almaniyanın xarici işlər naziri Heiko Maas, “Der Spiegel” jurnalına verdiyi müsahibədə, ABŞ-ın birtərəfli qərarının Berlin və Vaşinqton arasındakı münasibətləri zəhərlədiyini deyib.
 
ABŞ MÜTTƏFİQLƏRİNİN ARQUMENTLƏRİNİ CİDDİYƏ ALMADI
 
ABŞ-ın müttəfiqlərinin arqumentlərini ciddiyə almaq üçün çox istəkli olmadığına diqqət çəkən Maas, ABŞ-da baş verən dəyişiklik, Atlantikdən kənar əlaqələrə ciddi təsir edib. Berlin, çərşənbə axşamı baş verən xəyal qırıqlığından əvvəl Vaşinqtonda baş verən dəyişikliyin fərqində idi” deyib.
Maas, Almaniyanın milli maraqları söz mövzusu olduğunda ABŞ-a qarşı daha sərt mövqe nümayiş etdirəcəyini vurğulayıb.
Müxalifət.az