ABŞ-a qarşı Asiya oxu

Baxış sayı:
6379

Bütün dünyanın təhlükəsizlik və sabitliyi üçün ən böyük təhdid halına gələn ABŞ-a qarşı güc birliyi axtarışları sürətlənib. Layihə terror təşkilatları, maliyyə hücumları, iqtisadi sanksiya və təxribatlarıyla dünyanı böhrana sürüyən ABŞ-a qarşı Asiyanın əhəmiyyətli gücləri Tacikistanın paytaxtı Düşənbədə bir araya gəlir.
 
Bu ilki zirvəni daha əvvəlkilərdən fərqli edən təməl ünsür Asiyada Əməkdaşlıq cə Etimad Artırıcı Tədbirlər Konfransının (CICA) lokomotivi Çin, Rusiya, Türkiyə və Hindistan kimi ölkələrin ABŞ tərəfindən müxtəlif bəhanələrlə sanksiya təhdidiylə üz-üzə buraxılması oldu. Vaşinqtonun iqtisadi, siyasi və hərbi mühasirəsinə qarşı addım atmaq istəyən bu dörd ölkənin yeni dünyanın aktyorları olaraq Düşənbədən güclü mesajlar verməsi gözlənilir.
Əlindəki 'dollar' silahını ölkələrin iqtisadiyyatını çökdürmək üçün istifadə edən, beynəlxalq ticarət yollarının nəzarətə alınması üçün bir çox coğrafiyada xaosu qızışdıran, 'təhdid' hesab etdiyi aktyorların çevrilişlərlə hakimiyyətdən devrilməsinə dəstək verən, masa mətbuatda çəkilmiş xəritələri layihə terror təşkilatlarıyla həyata keçirməyə çalışan və sanksiyalar yoluyla milyonlarla insanın həyatını təhlükəyə atan Evangelist-Siyonist ittifaqı, Çin-Rusiya-Türkiyə-Hindistan əməkdaşlığında şəkillənəcək Asiya oxu ilə ən əhəmiyyətli etiraza şahid ola bilər.
Müxalifət.az