ABŞ-ın qalmaqal açıqlamasına Türkiyə sərt cavab verdi

Baxış sayı:
7495

Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Həmid Aksoyun ABŞ-ın xarici işlər naziri Pompeonun Türkiyəni hədəf alan sözləri ilə bağlı bəyanat verib.
 
Həmid Aksoy Mayk Pompeonun Amerikanın “Newsmax” kanalına verdiyi müsahibədə istifadə etdiyi ifadələr haqqında bir suala yazılı cavab verib. Aksoyun açıqlamasında bu ifadələrə yer verilib:
“ABŞ-ın xarici işlər naziri Pompeonun dünən (3 Yanvar) bir internet xəbər saytına verdiyi müsahibədə Suriya kontekstində ölkəmiz haqqında söylədiyi ifadələri istər üslub, istərsə də məzmun baxımından rədd edirik. Nazir Pompeonun PYD/YPG terror təşkilatını kürdlərlə bütünləşdirməsi, əgər o qərəzli deyilsə, narahatlıq verici bir məlumat azlığını göstərir.
 
ŞİDDƏTLƏ PİSLƏYİRİK
 
Türkiyə Suriyanın siyasi birliyinə və ərazi bütövlüyünü nəzərdə tutan və öz milli təhlükəsizliyinə qarşı bir təhdid yaradan PKK/PYD/YPG  ilə İŞİD terror təşkilatlarına qarşı mübarizəsini ardıcıl davam etdirəcəkdir. Kürdlər daxil bütün Suriya xalqını qucaqlayan ölkəmizin bir terror təşkilatı illə mübarizəsinin Suriyadakı müəyyən bir topluluğun hədəf alındığı şəklində təhrif edilərək təqdim edilməsi əsla qəbul edilməzdir. Bu terror təşkilatının İŞİD ilə mübarizədə tərəfdaş kimi görülməsini də şiddətlə pisləyirik.
 
TÜRKİYƏ YÜZ MİNLƏRLƏ KÜRDƏ HAZIRDA EV SAHİBLİYİ EDİR
 
Türkiyə istər terrorla mübarizəsində, istərsə də Suriya probleminin siyasi həllinin tapılmasına yönəlmiş səylərində Suriyalı kürdlərin hüquqlarının qorunmasına səy göstərməyə davam etdirəcəkdir. PYD/YPG zülmündən qaçan yüz minlərlə Suriyalı kürdə hazırda Türkiyənin ev sahibliyi etdiyi və bu adamların PYD/YPG təzyiqi səbəbi ilə öz torpaqlarına dönə bilmədiyi də yadda saxlanılmalıdır".
 
 POMPEO NƏ DEMİŞDİ?
 
 Amerikanın “Newsmax” televiziyasına verdiyi müsahibədə, Türkiyəyə bağlı qalmaqal ifadələr işlədən Pompeo, "Bunları bütün cəbhələrdə yerinə yetirəcəyik. Yalnız Suriyadan çəkilmə deyil, prezidentin ortaya qoyduğu digər bütün amillər, o cümlədən Türklərin kürdləri qətl etməmələrini təmin etməyin əhəmiyyəti, Suriyada dini azlıqların qorunması kimi bütün bunlar, hələ də ABŞ-ın ortaya qoyduğu missiyanın tərkib hissəsidir" deyə söyləmişdi.
Müxalifət.az