ABŞ-ın qadın senatoruna orduda təcavüz ediblər

Baxış sayı:
10948

 ABŞ-ın Arizona Ştatının Respublikaçı senatoru Martha Maksalli ordudakı xidmət zamanı yüksək səviyyəli bir zabit tərəfindən təcavüzə uğradığını açıqlayıb.
 
Senator Maksalli Senatın Silahlı Xidmətlər Alt Komitəsinin "orduda cinsi təcavüzlər" üzrə iclasında, özünün də bir təcavüz qurbanı olduğunu açıqlayıb.
 
TƏCAVÜZ QURBANI OLDUĞUNU AÇIQLAYIB
 
 Hava Qüvvələrindəki xidməti zamanı üst səviyyə bir zabit tərəfindən təcavüzə uğradığını ifadə edən Maksalli, "Uzun illər səssiz qaldım, ancaq daha sonra ordu qalmaqallarla boğuşarkən və tamamilə yetərsiz təpkilər verdikdə, bəzilərinin bilməsinə icazə verməli olduğunu hiss etdim. Mən də həyatda qalanlardanam" deyib.
52 yaşlı Respublikaçı senator o prosesdə yaşadıqlarını paylaşmaq təşəbbüslərinin rəsmiləri tərəfindən necə müzakirə olunduğunu, özünü çox qorxutduğunu və demək olar ki, Hava Qüvvələrindən ayrılma nöqtəsinə gəldiyini izah edərək, "Bir çox qurban kimi, mən də sistemin, mənə başlanğıcdan təcavüz etdiyini hiss etdim" deyə söyləyib.
26 il Hava Qüvvələrində xidmət etdikdən sonra polkovnik rütbəsi ilə təqaüdə çıxan Maksalli, "Orduda cinsi hücumları dayandırmaq üçün uzun bir yol keçmişik, ancaq gedəcək daha çox yolumuz var"deyə bildirib.

Müxalifət.az