ABŞ prezidentindən Konqresə ittiham — "Rusiya ilə münasibətləri korladınız"

Amerika prezidenti Donald Tramp Konqresi ittiham edib.
 
Qanunverici orqan Rusiya-ABŞ münasibətlərinin korlanmasında ittiham edilir. ABŞ prezidenti Tvitter səhifəsində bu barədə məlumat verib.
ABŞ lideri yazıb: "Rusiya ilə münasibətlərimiz çox aşağı və təhlükəli səviyyədədir. Konqresə təşəkkür edə bilərsiniz. Bu adamlar bizə adi tibbi xidmət göstərə bilmirlər".
Qeyd edək ki, Tramp Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaları imzalayıb. Bu sənəd prezidentin sanksiyaları ləğv etmə səlahiyyətini məhdudlaşdırır. Bu məsələlərə görə son sözü Konqres deyəcək.