ABŞ prezidentindən daha bir təhdid

Baxış sayı:
5134

ABŞ prezidenti Donald Tramp, sosial media hesabı Twitter üzərindən İran ilə bağlı daha bir açıqlama verib.
 
Tramp, "İran sanksiyaları rəsmən açıqlanıb. İndiyə qədərki ən kəskin sanksiyalar bunlar oldu və noyabr ayında daha yüksək səviyyəyə çıxacaq. İranla ticarət edənlər, ABŞ-la iş görə bilməyəcək. Dünyada sülh istəyirəm, daha azını deyil" deyib.
ABŞ-ın İrana qarşı başlatdığı sanksiyalar bu gün etibarilə 00.01-də dövrəyə girib.
Müxalifət.az