ABŞ prezidenti YPG/PKK üçün dəstək tapa bilmədi: Müttəfiqlərindən ABŞ-a xəyal qırıqlığı

Baxış sayı:
9955

 ABŞ prezidenti Donald Tramp rəhbərliyinin bu günə qədər 21 ölkədən Suriyaya əsgər göndərmə tələb etdiyi, bunların yarısının müsbət cavab vermədiyi bəlli olub.
 
Amerikanın “Wall Street Journal” qəzetinin ABŞ və xarici nümayəndələrə əsaslandırdığı xəbərində, ABŞ prezidenti Donald Tramp rəhbərliyinin bu günə qədər 21 ölkədən Suriyaya əsgər göndərmə tələb etdiyi, bunların yarısının müsbət cavab vermədiyi irəli sürülüb.
Xəbərdə, adları açıqlanmayan rəsmilərin, qalan ölkələrin də çox kiçik miqyaslı dəstək sözü verdiyini bildirdiyi qeyd olunub.
 
14 AVROPA ÖLKƏSİNDƏN YARDIM TƏLƏBİ
 
 Tramp rəhbərliyinin bu ana qədər Avropalı müttəfiqlərlə iki mərhələ rəsmi görüş keçirdiyi qeyd edilib. ABŞ rəsmilərinin yanvar ayında İngiltərə, Almaniya, Fransa, Danimarka, Avstraliya, Norveç və Belçika paytaxtlarında ilk mərhələli danışıqlar həyata keçirdiyi ifadə edilib.
ABŞ-ın 14 Avropa ölkəsi ilə daha keçən həftələrdə görüşdüyü və bu ölkələrdən də maddi-texniki dəstək, hərbi təhsil və sabitliyi təmin etmə məqsədli maliyyə yardımı tələb etdiyi qeyd edilib.
 
AVROPA ÖLKƏLƏRİ: SADƏCƏ İŞİD-la MÜBARİZƏ EDİRİK
 
 Əksər Avropa ölkəsinin daxildəki siyasi təzyiqlərə görə yalnız İŞİD ilə mübarizədə iştirak etmək istədiyi, ancaq İŞİD-dan sonrakı prosesdə Suriyada iştirak etmək istəmədiyinə diqqət çəkilərkən, bəzi ölkələrin ABŞ-ın Suriyadakı strategiyasının detallarını açıqlamasını gözlədiyi, digər bəzi ölkələrin isə hərbi əməliyyatlardan daha çox, sadəcə humanitar yardım məsələlərində dəstək verəcəyini ifadə etdiyi iddia edilib.
 
ƏRƏB LİDERLƏR ƏSGƏR GÖNDƏRMƏK İSTƏMİR
 
 Digər tərəfdən, ABŞ-ın Ərəb ölkələrindən də maddi və hərbi yardımlar tələb etdiyi də bildirilib.
Tramp rəhbərliyinin müttəfiq və tərəfdaşlarından YPG/PKK-nın nəzarət etdiyi ərazilərlə bağlı axtardığı dəstəyi tapmamasının ABŞ əsgərlərinin Suriyadan çəkilməsini də mürəkkəbləşdirdiyi qeyd edilib.
 
AVROPA DƏSTƏK VERMƏYİNCƏ TÜRKİYƏ İLƏ YAXINLAŞMA
 
 ABŞ-ın Avropadan axtardığı dəstəyi tapmaması diqqətləri Suriyanın şimal-şərqində təhlükəsiz zona yaradılması məsələsində Türkiyə ilə apardığı danışıqlara çevirib.
Mövzu ilə bağlı Anadolu Agentliyinə açıqlama verən Amerikalı bir müdafiə rəsmisi, "Suriyada təhlükəsiz zona məsələsində Türkiyə ilə davam edən danışıqlarda, iki ölkə arasındakı digər məsələlərə nisbətən irəliləyiş var" deyib.
 
SÜRİYADA 2 MİN ABŞ ƏSGƏRİ VAR
 
Qeyd edək ki, Tramp dekabr ayında Suriyadan bütün Amerikan əsgərlərini çəkəcəyini açıqlamışdı.
Rəsmi rəqəmlərə görə, ABŞ-ın Suriyada 2 min əsgəri var.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) daha sonra bu əsgərlərin kiçik bir qisminin ölkədə qalacağını və başlıca olaraq NATO tərəfdaşlarından ibarət monitorinq gücünün yaradılacağını bildirmişdi.
Tramp da sosial media hesabından, Suriya-Türkiyə sərhədində təhlükəsiz bir bölgənin qurulacağını açıqlamışdı.
Müxalifət.az