ABŞ prezidenti Trampın qərarına təpki yağdı

Baxış sayı:
26845

 ABŞ prezidenti Donald Trampın Yəmən layihəsini veto etməsindən sonra Amerikalı siyasətçilərin təpkilərinə səbəb olub.
 
ABŞ prezidenti Donald Trampa ABŞ-ın Yəməndəki döyüşlərdə Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiyaya verdiyi dəstəyin kəsilməsini nəzərdə tutan qanun layihəsinə veto qoymasından sonra ABŞ siyasətçilərindən təpkilər yağıb.
Daha əvvəl həm Senat, həm də Nümayəndələr Palatasında təsdiq olunan Yəmən layihəsinə Trampın veto qoymasından sonra siyasət arenasından təpkilər də gecikməyib. Konqresdə Trampın veto qərarının ləğv olunması üçün də çağırışlar edilib.
ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi etdiyi yazılı açıqlamada, veto qərarının etibarsız olması addımına dair hər hansı ifadəyə yer verməyib.
Yəməndəki humanitar böhranın nəticələrinin bütün dünyaya təsir etdiyini bildirən Pelosi, "Bütün bunlara baxmayaraq ABŞ prezidenti utanmadan Konqresin hər iki qanadında, həm Demokratların, həm də Respublikaçıların razılığını alan bir layihəyə qarşı dayanmağı seçdi. Prezident seçimini Amerikanın bu ürək parçalayan böhran, utancverici rolu oynamasından yana edib" deyə qeyd edib.
Yəməndəki münaqişənin bir an əvvəl bitməsinə dəvət edən Pelosi, Trampı da "sülhü, siyasətin qarşısına qoymağa" dəvət edib.
Müxalifət.az