ABŞ prezidenti: "Putinlə iki dəfə görüşməmişəm"

ABŞ prezidenti növbəti dəfə Amerika mətbuatının xəbərlərindən narazı olduğunu bildirib.
 
ABŞ mətbuatı Trampın "G20" sammiti çərçivəsində Rusiya lideri Putinlə ikinci dəfə gizli görüşü barədə məlumat yayıb. Tramp isə Tvitter hesabında məsələyə münasibət bildirib.
İş burasındadır ki, bir sıra ABŞ qəzetləri iki liderin sammit çərçivəsində nahar vaxtı görüşdüyünü yazıb. Bu barədə əvvəlcədən Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov da məlumat vermişdi. Görüş bir saata yaxın keçib. ABŞ mətbuatı qeyd edib ki, Ağ Ev belə bir görüşün keçiriləcəyi barədə əvvəlcədən məlumat verməmişdi.
Tramp Tvitter hesabında yazıb: "Putinlə"G20" sammitində gizli görüş barədə xəbər xəstəlikdir. Angela Merkel bütün liderləri dəvət etmişdi. Mətbuat bunu bilirdi. Hətta "G20" liderlərinin şam yeməyində də nəsə pis bir məna axtarırlar".