"ABŞ-ın prezidenti olduğum müddətdə İran nüvə silahına sahib olmayacaq" - TRAMP

Baxış sayı:
2929

ABŞ prezidenti Donald Tramp İranın bu ölkənin İraqdakı hərbi bazalarını raket atəşinə tutmasından sonra xalqa müraciət edib.
Tramp bildirib ki, ABŞ-ın prezidenti olduğu müddətdə İran nüvə silahına sahib olmayacaq: "İranın ötən gecəki hücumunda görülən təhlükəsizlik tədbirləri və sistemlərin çox yaxşı işləməsi səbəbindən zərər minimal olub, amerikalı hərbçilər ziyan çəkməyib. Həm Yaxın Şərqdə, həm də digər yerlərdə xalqlar İranın destruktiv addımlarına dözüblər. Bu günlər artıq başa çatıb. İran terrorizmin əsas sponsoruna çevrilib və nüvə silahı əldə etmək istəyi ilə sivil dünyanı təhdid edir. Biz buna heç vaxt icazə verməyəcəyik. Ötən həftə biz amerikalı insanların həyatına təhlükə yaradan Qasım Süleymanini zərərsizləşdirmişik. İranın aqressiyasına cavab tədbirlərini müəyyənləşdiririk və ABŞ dərhal əlavə iqtisadi sanksiyalar tətbiq edəcək. İran rejimi öz davranışını dəyişənə qədər bu, davam edəcək”./Bakupost