​“ABŞ postsovet məkanındakı bütün oliqarxlardan pullarını alacaq” – TROFİMÇUK

Baxış sayı:
3421

Üçüncü Dünya müharibəsi olmayacaq. Bunun əvəzinə dünya müharibəsinin bütün formalarına bənzər şəkildə postsovet məkanının bölüşdürülməsi uğrunda müharibə olacaq.
Bu sözləri rusiyalı politoloq Qriqori Trofimçuk deyib.
“Ümumi böyük müharibə üçün ilkin şərt olaraq hərbi baxımdan bərabər olan dünya mərkəzləri olmalıdır. Ona görə də gələcək böyük hadisələrə hazırlaşmaq lazımdır. İlk növbədə bu hazırlığa Avrasiya meydanında olan ölkələr başlamalıdırlar. Əgər Suriyadakı situasiya tam olaraq qeyri-stabilləşsə, mənfi kütlə Qafqaz-Xəzər-Türküstan xəttinə qalxacaq. Üstəlik, kiçik olmayan Ukrayna da hər zaman bu prosesləri “dəstəkləməyə” hazırdır. Cənubi Qafqaz bu kontekstdə stabilliyə, xüsusən də istənilən an alovlana bilən Qarabağda stabilliyə ümid etməməlidir.
Buna görə, Azərbaycan da daxil olmaqla, heç kim düşünməməlidir ki, sanksiyalar təkcə Rusiyaya təsir edəcək. Rusiya sadəcə olaraq postsovet və Avrasiya məkanına rahat giriş imkanıdır. Əgər gözəl günlərin birində Rusiya üçün düzəlməsi mümkün olmayacaq bir şey baş versə, onunla eyni anda həm opponentləri, həm də dostları olan qonşuları müdafiələrini itirəcəklər. Ona görə Qərb sanksiyalarının təsiri tezliklə onların üzərində də müşahidə ediləcək, lakin bu təsir Rusiya və onunla iqtisadi əlaqələr ucbatından baş verməyəcək”, – deyə o bildirib.
Onun sözlərinə görə, ABŞ bütün postsovet məkanındakı oliqarxları öz sərvətlərindən məhrum etməyə çalışacaq:
“Sanksiyalara gəlincə isə mən əvvəldən bu məsələyə kinayə ilə yanaşmağın tərəfdarı deyildim. Ölkənin aparıcı şirkətlərinə sanksiya zərbəsindən sonra bu, demək olar ki, hər kəsə aydın oldu. Heç nəyi dəyişmək mümkün deyil. Baş verənlərin nəticələrini 2013-cü illərin payızında – Ukraynadakı böhranla anlamaq lazım idi. Məncə, ABŞ mərhələli şəkildə postsovet məkanındakı bütün aparıcı biznesmenlərdən (oliqarxlardan – Q.T.) pullarını alacaq. Sovet aktivlərinin satışından əldə etdikləri xəzinəni çox az şəxs qoruyub saxlaya biləcək. Tarixdə hər zaman belə olub. Rusiya iqtisadiyyatı kifayət qədər güclü xəsarət alıb, amma əsas məsələ onun hansı yolla bərpa olmaq istəyidir. Əgər burada yanlış metod seçilsə, o zaman yuxarıda qeyd etdiyim proseslər güclənəcək”.
Qeyd edək ki, ABŞ aprelin 6-da Rusiyanın 24 iş adamı və yüksək vəzifəli şəxslərinə qarşı sanksiyalar tətbiq edib. Sanksiyalar oliqarxları ciddi surətdə vurub və qısa müddətdə onlar 12 (bəzi mənbələrə görə 16) milyard itiriblər(axar.az).