ABŞ PKK-ya yeni silah və dərman göndərdi
PKK-nın Qəndildəki eterrorçubaşları Murad Karayılan, Cəmil Bayık və Duran Qalxanının başına 12 milyon dollar mükafat qoyan Amerika, digər tərəfdən də Qəndilə növbəti silah və tibbi ləvazimat göndərərək qeyri səmimi və ikiüzlü olduqlarını ortaya qoudular. Alınan məlumata görə, İraqın şimalındakı Süleymaniyyə Hava Limanına enən Amerikan yük təyyarələrində olan silah və tibbi ləvazimatlar əvvəl Ərbilə göndərilib. Daha sonra buradan da PKK/PYD üçün paylaşma aparılıb.
Silah və tibbi ləvazimatın bir hissəsi terror yuvası Qəndil bölgəsindəki terrorçulara çatdırılarkən, bir qismi də Ərbil üzərindən Suriyanın şimalındakı PKK/PYD-lilərə göndərilib. Tibbi ləvazimat adı ilə edilən yardım yüklərinin içində mina arama detektorları və yüngül silahlar da olub. Hərbi mənbələr ABŞ-ın bir müddətdir ki, PKK terror təşkilatının terrorçubaşlarını saxlayan Qəndili ağır silahdan başqa, yaşam və tibbi ləvazimatlarla təhciz etdiyi məlumatını verir.
Müxalifət.az