ABŞ PKK-ya Televiziya KANALI QURDU

PKK/PYD-ye 3 min 500 TIR yükü silah verən ABŞ, indi də terror təşkilatına təbliğat televiziya kanalı qurub.
 
ABŞ, PKK terror təşkilatının Türkiyə əleyhinə təbliğat aparması üçün 2,5 milyon dollar xərcləyərək Suriyada televiziya kanalı yaradıb. İraqın parçalanması prosesində fəal ünsiyyət faktoru olaraq iki ayrı televiziya kanalı yaradan ABŞ, Suriyada da işğala və PKK terror dövlətinə zəmin hazırlamaq istəyir. Hasəkə rayonuna bağlı Qamışlı mahalında ABŞ-ın PKK üçün təbliğat məqsədli qurduğu televiziyaya “Bu Gün” mənasına gələn “Əl Yevm” adı verilib.
 
 TÜRKİYƏYƏ AĞIR İTTİHAM
 
15 noyabrdan bəri yayımlanan “Əl Yevm Tv” ilk xəbərlərdə Türkiyəni Suriyada işğalçılıq siyasət aparmaqla ittiham edib. ABŞ işğalını qanuniləşdirmək və PKK-ya dəstək məqsədi ilə qurulan kanal, Türkiyə “Fərat Qalxanı” əməliyyatı məsələsində işğalçı olmaqla günahlandırıb.
 
 
 2,5 MİLYON DOLLARA QURULUB
 
Mərkəzi ABŞ-ın Michigan ştatında olan televiziya kanalı Qamışlı bölgəsindən yayımlanır. Ümumilikdə 40 əməkdaşın çalışdığı “Əl Yevm Tv”-yə, müstəmləkə valisi Brett Mcgurk tərəfindən bir rəhbər təyin edilib. Peyk və təşkilata maliyyə üçün 2,5 milyon dollar xərclənən “Əl Yevm Tv”, ərəbcə yayımlanır. Əsasən xəbər ağırlıqlı yayımlanan kanal, son dərəcə inkişaf etmiş maddi-texniki baza və studiya dizaynı ilə diqqət çəkir. Rakka və Deyrizorun böyük bir hissəsini PKK ilə birgə işğal edən ABŞ, “Əl Yevm Tv” vasitəsi ilə ərəb kütlələri işğal məsələsində razı etməyi hədəfləyir.
 
 TERRORÇULAR QƏHRƏMAN OLDU!
 
 “Əl Yevm Tv”, yayımlandığı10 gündə ABŞ-ın Suriyadakı varlığını İŞİD üzərindən açıqlama və kütlələrin dəstəyini almağa çalışan xəbər və proqramlara yer verib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı "səltənət özlemcisi" olmaqla ittiham edən TV, PKK-lı terrorçuları İŞİD-a qarşı dastan yazan qəhrəmanlar kimi göstərir.
Müxalifət.az