ABŞ-ın “PKK əvəzinə Peşmərgə oyunu”: TÜRKİYƏ QƏBUL EDƏCƏKMİ?

Baxış sayı:
4906

Taha Dağlı – Haber7.com
 
Pentaqon Fəratın şərqinə yönəlik əməliyyatı dayandırmaq üçün peşmərgə planını işə salıb. Plan Suriyanın şimalında PKK işğalındakı rayonların peşmərgəyə buraxılmasını ehtiva edir. Bunun sayəsində Türkiyəyə "PKK terror təşkilatı mövzusundakı təhlükəsizlik təhdidi ortadan qalxdı" mesajı veriləcək.
 
2014-ün oktyabr ayında Ayn əl Arab (Kobani) bölgəsində İŞİD terror təşkilatı ilə PKK-PYD terror təşkilatı arasında sözdə münaqişələrdə Türkiyəyə "PYD-yə yardım et” çağırışı edilmişdi. Bu açıq şəkildə "ya PYD ya İŞİD" israriydı.
 
TÜRKİYƏ O İSRARA PEŞMƏRGƏ İLƏ CAVAB VERMİŞDİ
 
Türkiyə ABŞ-ın terror təşkilatı israrı ilə təqdim etdiyi variantları rədd etdi. Plana planla cavab verdi. İraqın şimalında Bərzaniyə bağlı peşmərgələrin Suriyada Ayn əl Arab-a (Kobani) keçidini təmin etdi. Bu vəziyyət PKK üçün can sıxıcıydı. Çünki terror təşkilatı Suriyada özünə şərik istəmir, Bərzani peşmərgəsinin gəlməsinə qarşı çıxırdı.
Təxminən 700 nəfərlik Peşmərgə qrupu 2014-ün oktyabrından etibarən onların Rojava adlandırdıqları bölgələrə giriş etdi. O peşmərgələr Əsəd rejiminə müxalif olan, eyni zamanda PKK əleyhinə Suriya Milli Kürd Şurasına bağlı və Bərzaniyə yaxın digər silahlı qruplarla birləşdi. Terror təşkilatı Suriyadakı peşmərgələrin Türkiyəyə yaxın olduğunu irəli sürüb, onları "MİT-in adamları" olaraq ittiham etmişdi.
 
PEŞMƏRGƏ SAYI 8 MİNƏ ÇATIB
 
2014-dən bu yana ABŞ-ın da İraqda İŞİD ilə mübarizə çərçivəsində təlim verdiyi peşməgələrin sayı 8 minə çatıb. Bu gün onların bir qolu Suriyada hələ də durur.
 
TÜRK ƏSGƏRİ GİRMƏSİN DEYƏ O PEŞMƏRGƏLƏRİ GƏTİRƏCƏKLƏR
 
İndi Pentaqonun planı o 8 min peşmərgəni Suriyada Fəratın şərqinə yerləşdirməkdir. Bu bölgədəki PKK-PYD terrorçularını çəkib, sahəyə Peşmərgəni buraxmağı planlaşdırırlar. Bunun sayəsində Türkiyənin təhlükəsizlik narahatlığını ortadan qaldıracaqlarını düşünür və Fəratın şərqinə yönəlik əməliyyatın ləğv edilməsini ön görürlər.
 
BƏS ƏVVƏLLƏR NİYƏ ETMƏDİLƏR?
 
ABŞ "PKK əvəzinə peşmərgə gətirək, əməliyyatdan imtina edin" təklifini verir. Amma ortada çaşdırıcı bir vəziyyət var. Suriyada bir halda ki, İŞİD-la mübarizə edilir və onlara da Kürd silahlı qrup deyilir, o zaman bundan əvvəl  də bir neçə dəfə ABŞ-a "PKK ilə ittifaqı buraxın, baxın, bunlar da Kürddür, üstəlik, Türkiyə ilə aralarında problem yoxdur" - deyə peşmərgə təklifi verilmişdi. ABŞ bu variantı hər dəfə geri çevirdi.
 
OBAMA "YOX" DEMİŞDİ
 
2016-nın dekabr ayında Məsud Bərzaninin oğlu Mesrur Bərzani Vaşinqtonda Pentaqon rəsmilərinə "PYD yerinə Rakkada Peşmərgəni dəstəkləyin, bunun sayəsində Türkiyə ilə aradakı buzları da əridərsiniz" deyə təklif etmiş, lakin Ağ Evdəki son günlərini keçirən Obama rəhbərliyi bu təklifi rədd etmişdi.
 
ABŞ ÇƏTİNƏ DÜŞƏNDƏ O PLANA SIĞINDI, BƏS ETİBARİLI OLA BİLƏRMİ?
 
ABŞ-ın həm PKK ilə, həm də Bərzani Peşmərgəsi ilə arası yaxşıdır. PKK əvəzinə Peşmərgə ilk baxışda müsbət  bir varianta bənzəyir. Ancaq nə üçün bunu Türkiyə daha əvvəl təklif edəndə qəbul etmədi, indi ABŞ işlər çətinə düşəndə son çarə olaraq bunu ortaya atır. Bu sualın cavabı tapılmalıdır. Hamı PKK ilə Peşmərgə arasında məsafələr var, ikisi eyni şəbəkənin məhsulları deyil. Biri terror təşkilatıdır, digəri isə qəbul etdiyimiz bir hakimiyyətin silahlı ünsürüdür. Suriyada bu günə qədər bir neçə dəfə qarşı-qarşıya gəldilər, PKK bunları heç vaxt Suriyada istəmədi, bunların hamısını anlayırıq. Ancaq Türkiyənin Suriyada gördüyü və planlaşdırdığı hərbi əməliyyatların bir deyil, iki məqsədi var. Biri PKK təhdidini ortadan qaldırmaq, digəri Suriyada PKK və İŞİD kimi terrorçulardan təmizlənən torpaqları Suriya xalqına qaytarmaqdır. Bu Azezdə, Cerablusda, Əl Babdaa, Afrində belə oldu. İndi Tel Abyad, Eyn əl Arab, Rasulayn, Münbiç hətta Rakkada da olacaq. Bu saydığımız şəhər və qəsəbələrin xalqlarının əksəriyyəti Ərəb və Türkmənlərdir, üstəlik bunların öz yerli silahlı ünsürləri var, niyə o torpaqları bu insanlar özləri idarə etməsin də PKK əvəzinə İraqdan gətirilən Peşmərgələr idarə etsin, ABŞ bu suallara da səmimi və yüz faiz əmin olacaq şəkildə cavab verməlidir.
Hazırladı: Müxalifət.az