ABŞ, PKK terrorçuları üçün Ərəb tayfalarına rüşvət təklif edib

Baxış sayı:
2548

Rus yazar İqor Sobotin, Amerikanın PKK/PYD işğalından narahat olan Suriyadakı Ərəb tayfalarını razı salmaq üçün Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi körfəz ölkələrini dövrəyə soxduğunu yazıb.
 
“Nezavisimaya Qazeta”-nın müəllifi İqor Sobotin, ABŞ-ın təzyiqi ilə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) könülsüz şəkildə olsa da, Fəratın şərqində Kürd dövlətinin yaradılması ilə bağlı bölgədəki Ərəb tayfalarını razı salmaq üçün aşirət liderləri ilə görüşdüyünü yazıb.
 
ABŞ Körfəz ölkələrinin dövrəyə girməsini istədi
 
Sobotin, bölgədəki Rakka kimi Ərəb şəhərlərində əhalinin işğalçı PKK/PYD-yə qarşı üsyanlarının artmasından sonra Pentaqonun Körfəz ölkələrindən Ərəblər üzərindəki nüfuzundan istifadə etməsini istədiyini bildirib.
 
Ərəb tayfalarına rüşvət təklif ediblər!
 
"Səudiyyə Ərəbistanı və BƏƏ, Fəratın şərqində varlıqlarını gücləndirməkdə heç bir zaman maraqlı olmadılar" deyə, yazan Sobotin sonra bu ifadələri işlədib:
"Lakin, sentyabr ayında, Səudiyyə kəşfiyyatının əməkdaşları Fəratın şərqinə gedərək, Ərəb tayfa lideri ilə görüşüb. Ər-Riyad rəhbərliyi, tayfa liderlərinə PYD/PKK-nın qəbul etdikləri təqdirdə iqtisadi yardım göstərəcəklərini deyib".
Müxalifət.az