ABŞ, PKK-nın terrorçubaşları üçün niyə mükafat təyin etdi? – 3 ƏSAS SƏBƏB

Baxış sayı:
10456

ABŞ-ın, PKK-nın terrorçubaşları Murad Qarayılan, Duran Qalxan və Cəmil Bayık-ın başlarına mükafat qoyması ilə bağlı münasibət bildirən təhlükəsizlik mütəxəssisi Mete Yarar, ABŞ-ın həqiqi niyyətilə bağlı iki ehtimal irəli sürüb.
 
ABŞ-ın PKK-nın sözdə liderlərinin başına mükafat qoyması ilə bağlı açıqlama verən Mete Yarar, bu qərarla bağlı üç səbəbdən bəhs edib.
Yarara görə, Qarayılan, Bayık və Duran PKK-nın uğursuzluğundan dolayı məsuliyyət daşıyan şəxslərin başında gəlir.
Digər tərəfdən, bu 3 şəxs Türkiyənin də başına mükafat qoyduğu şəxslər arasındadır. Və mükafat siyahısındakı bir çox terrorçu ya yaxalandı, ya da ölü ələ keçirilib və Karayılan-Kalkan-Bayık üçlüyü də sona yaxınlaşır. ABŞ, mükafat həmləsi ilə buradan bir pay almaq istəyində ola bilər.
Yarara görə, 3-cü səbəb isə bu 3 şəxsin İrana yaxın şəxslər olduğu və PKK-nın İran qolu olan PJAK-ın İrana qarşı terror hücumu həyata keçirməsindəki çəkingənliyi ola bilər.
Mete Yarar, bu fikirlərini bu şəkildə əsaslandırıb:
“Bir siyasət müəyyənləşdirərkən, terror təşkilatının uzantıları üçün də eyni siyasət mənimsənir. Əl-Qaidə və Əl Nusrada olduğu kimi. ABŞ bunu həmişə belə edir. PKK prizmasından baxdıqda da YPG və PYD üçün də eyni şeyləri düşünməyiniz lazımdır. Terror təşkilatlarının adlarını dəyişdirərək onların mahiyyətini dəyişdirə bilməzsiniz.
 
YPG-yə GÖNDƏRİLƏN TIR DOLUSU SİLAH VƏ KARAYILANIN BAŞINA MÜKAFAT!
 
Amma əvvəlindən bəri ABŞ, PKK/YPG məsələsində səmimi olsaydı, bu günkü davranışını qəbul etmək olardı. ABŞ-ın Türkiyənin terrorla mübarizəsində töhfə vermək istədiyini asanlıqla deyərdim. Amma bir tərəfdən YPG-yə 5 min TIR dolu silah göndərəcəksiniz, YPG ilə bərabər birgə patrul-keşik çəkəcəksiniz və sonra da "Mən Türkiyənin təhlükəsizliyi üçün PKK-nın 3 nəfərinin başına pul mükafatı qoyuram" deyəcəksiniz. Buna, dünyanın hansı ölkəsi olur-olsun çox səmimi olduğuna inanmaz.
 
ABŞ BUNU NƏ ÜÇÜN İNDİ ETDİ?
 
Amma belə düşünmək lazımdır. Türkiyə, siyasətini ABŞ-ın davranışlarına görəmi müəyyənləşdirir, yoxsa öz kursunu özü müəyyənləşdirir? Türkiyənin bu üç nəfər üçün etmiş olduğu bir mübarizə onsuz da var.
ABŞ buna niyə məhz indi ehtiyac duydu?


 
BİR MÜDDƏTDİR ki, BU 3 ADIN LƏĞVİ DANIŞILIRDI
 
Bunun iki əsas səbəbi var. Əslində 1 il əvvəl bəzi analitiklər, PKK-nın 15 iyuldan sonra Türk təhlükəsizlik qüvvələri qarşısında yox olma səviyyəsinə gəlməsi ilə birlikdə 3 mühüm şəxsin ləğv ediləcəyini yazmağa başlamışdı. Bu adlar bu gün açıqlananda mənə çox da sürpriz gəlmədi.
PKK-nın bu qədər uğursuz olmasının səbəbkarları arasında bu 3 nəfər göstərilir. Bu 3 nəfər nədənsə bu gün başına pul mükafatı qoyulan adlar kimi qarşımıza çıxdı.
İkinci bir amil olaraq da bunu söyləyək. Əcaba ABŞ, bu 3 kişinin yaxalanma məsələsində sona doğru gəldiyinin fərqinəmi vardı? Və bu işin içərisində özünə də bir pay almaq istəyə bilərmi?
İkinci bir amil kimi də onu deyək. Məgər ABŞ, bu 3 nəfərin yaxalanma məsələsində sona doğru gəldiyinin fərqinə vardı? Və bu işin içərisində özünə də bir paya çıxarmaq istəyir ola bilərmi?
 
 Türkiyə, diqqət edirsinizsə, öz siyahısını dərc etdirdiyindən bəri, siyahılardakı bir çox insanı ya yaxaladı, ya da ölü olaraq ələ keçirdi.
 
HARA QAÇDIQLARI, QƏNDİLİ NECƏ TƏRK ETDİKLƏRİ BİR MÜDDƏTDİR DANIŞILIRDI
 
Bugünkü mənzərəyə baxanda, PKK da bunun fərqindədir. Uzun zamandan bəri davamlı mətbuatın qarşısına çıxan bu adamlar, diqqət edirsinizsə, demək olar ki, heç kəslə bərabər bir görüntü vermirlər. Əvvəl Qəndilə jurnalistləri çağırdıqları halda, bu günlərdə nədənsə, belə bir görüntü içərisində görünmürlər.
Hətta, hara qaçdıqları, Qəndili necə tərk etdikləri barədə bir çox yazılar yazılmağa başlandı.
Türkiyə öz yol xəritəsini, başqalarının nə edəcəyi ilə deyil, öz milli siyasətinə uyğun davranmağa başladığı andan etibarən, onsuz da ABŞ bir şəkildə Türkiyənin kursuna gəlir.
Bunu Münbiçdə gördük. Türkiyə Fəratın şərqinə keçəcəyi ilə bağlı qətiyyətini dediyi andan etibarən Münbiç məsələsində birgə keşikçilər atılmağa başlandı.
Türkiyə PKK məsələsində, xüsusilə Qəndil bölgəsindəki əməliyyatda çox ciddi bir şəkildə irəliləyərkən açığı, bu şəxslərin ləğvi məsələsi ilə bağlı məsələlər də müzakirə olunmağa başladı.
Onların nə edəcəyi önəmli deyil, Türkiyənin yol xəritəsinin nə qədər qətiyyətlə davam etdiriləcəyi mühümdür.
ABŞ-ın mükafat qoyma məsələsinin arxasından çox yaxşı niyyətli bir vəziyyət çıxacağını düşünmürəm.
Başqa bir məsələ də var. İrana bir hərbi müdaxilənin önünü açacaq olan bir məsələ var. Keçmişdə PJAK kimi təşkilatlar, İrana qarşı terror aktları etmə mövzusunda çox istəkli deyillər.
Hətta geri addım ataraq bölgədən çəkilmiş vəziyyətdədir. Bunun bədəlinin də onlara bir şəkildə ödətdirilməsi istənilə bilər. Çünki Murad Karayılanın da, Duran Qalxanın da bölgədəki bəzi məsələlərdə İrana yaxın olduqları məsələsində bir sıra kəşfiyyat məlumatları var.”
Müxalifət.az