ABŞ PKK-nı İdlibə göndərir – TÜRK ƏSGƏRİNƏ TƏXRİBATLAR HAZIRLANIR

ABŞ Rakkada İŞİD-PKK təhvil-təsliminden sonra Suriya və İraqdakı bütün terrorçuları İdlib yönəldir.
 
Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ-ın dəstəyi ilə PKK İdlibə hücum hazırlığına başlayıb.
 
ABŞ-ın dəstəklədiyi terror təşkilatı PKK, Türk Silahlı Qüvvələrinin əməliyyat apardığı İdlibə yönəlik hücum hazırlığı görür. Suriyada Rakkanı təhvil-təslim razılaşmasından sonra PKK, İraqda Kərkük, Sincar və Mahmurda uğradığı məğlubiyyətdən sonra  bütün gücünü İdlibə doğru yönəldib. PKK/PYD-nin  Afrin komandiri Əhməd Sultan, "Rakkada qazandığımız" qələbə sonrası bütün qüvvələrimizi İdlib üçün Afrinə sövq edirik" açıqlaması edib.
Türk əsgərinə hücum məqsədli “əməliyyat otağı” qurduqlarını qeyd edən PKK komandiri Əhməd Sultan, bu məsələdə onlara dəstək verəcək xarici müttəfiqlərinin PKK olduğunu deyib.
Əhməd Sultan, bundan əvvəl Tel Abyad, Eyn əl-arab, Münbiç, Haseke, Rakka və bənzəri bölgələrdə işlənən cinayət və işğallar öncəsi elan etdikləri “hərbi məclislərin” İdlibdə də qurulacağını söyləyib. Verilən məlumatlara görə, PKK İdlibə hücum taktikasında dinc xalqın təhrik edilməsinə xüsusi əhəmiyyət verəcək. Qatil Əsədə bağlı kəşfiyyat təşkilatı olan el-Muhabəratın da dəstəkləyəcəyi təxribatlarla Türkiyənin İdlibdə "işğalçı qüvvə” olduğu tezisi işlənəcək və xalq Türkiyə əleyhinə qaldırılmağa çalışılacaq. Bu çərçivədə bəzi cinayətlərin işlənəcəyi və Türk əsgərini günahkar göstərən videoların hazırlanacağı də qeyd edilir.

Müxalifət.az