ABŞ-PKK İTTİFAQINDAN ORTAQ QƏTLİAM - Şok faktlar

Suriyanın Rakka şəhəri ABŞ-PKK tərəfdaşlığının şou meydanına çevrildi. ABŞ İŞİD-i geri çəkməklə, tamamilə Ərəblərdən ibarət olan şəhəri PKK-ya təslim etdi. İyun ayından bu yana Rakka 4 min 500 dəfə bombalanıb. 35 məscid, 6 xəstəxana, 53 məktəb yerlə bir edilib. Zamanında İraq Mosulunda baş verən “ssenari” ilə indi də Rakka şəhər yox edilir.
 
ABŞ dəstəkli PKK/PYD-li terrorçular Rakka küçələrində şou düzəltdi.
 
ABŞ-ın 2017-ci ilin iyun ayının ilk günlərində PKK ilə birlikdə başladığı Rakka əməliyyatı, İŞİD-PKK təhvil-təslimi ilə sona çatdı. 125 gün davam edən əməliyyat boyunca 4 min 200 Rakkalı Müsəlman, ABŞ-PKK ittifaqı tərəfindən öldürülüb. Şəhərdəki evlərin 70 faizi viran olarkən, 35 məscid, 6 xəstəxana, 53 məktəb də yerləbir edilib. ABŞ-ın Suriya Demokratik Qüvvələri (SDG) kimi yalançı etiketinə baxmayaraq, Rakkanın mərkəzində yerləşən Ən Nəim Meydanına terrorçubaşı Abdullah Öcalanın plakatları və PKK bayraqları asılıb. Qalmaqallı səhnə sorulunca da ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Dana Uayt, çox alçaqca, "PKK/PYD ilə çalışırıq. Onları dəstəkləyirik və dəstəkləməkdə davam edəcəyik" ifadələri ilə cavab verib. İŞİD əleyhinə koalisiyanın sözçüsü polkovnik Ryan Dillon isə Pentaqonun bu sözlərini yumşaltmaq məcburiyyətində qalıb. Yazılı açıqlamasında Dillon, "Koalisiya Rakkadaki o səhnənin və Öcalan simvollarının fərqindədir. SDG (PKK/PYD) liderliyinin bu rəmzlərin ortalığa çıxmasında razılığı yoxdur" deməklə, növbəti yalanın və ikiüzlülüyün simvoluna çevrilib.

BU POZA ÜÇÜN ÖLDÜRDÜLƏR
 
PKK-ya verdiyi dəstəyi müxtəlif örtüklər altında gizlətməyə çalışan ABŞ, terrorçularla birlikdə böyük bir qırğına imza atdı. Rakka təcavüzünün başladığı iyundan oktyabr ayına qədər şəhəri havadan 4 min 500 dəfə bombalayan ABŞ təyyarələri, bura gündə orta hesabla 37 ton bomba atdı. Rakkalı jurnalist Məhəmməd Əmin Hamadi daha əvvəl Hafiz Əsədin heykəlinin yerləşdiyi şəhər mərkəzindəki Ən Nəim Meydanına Abdullah Öcalanın rəsmlərinin və PKK simvollarının asıldığını deyib. Hamadi, "PKK- ABŞ ittifaqı bu “bayram” pozasını verməsi üçün xalqımızdan 4 min 200 mülki vətəndaş qətlə yetirildi" deyə, bildirib.
Suriya İnsan Haqları Dərnəyi tərəfindən hazırlanan hesabatda, 13 milyon insanın köç etməyə məcbur edildiyi Suriyada, 3 milyon vətəndaşın PKK üzündən köç etdiyi məlumatı yer alır. PKK zülmünə məruz qalan vətəndaşlar terrorçuların tutduğu mövqeyi vəhşi və qəddar kimi səciyyələndirir.


 
 450 MİN ADAM NASİST DÜŞƏRGƏSİNDƏ
 
İyun ayında 650 min vətəndaşın yaşadığı Rakkadan 450 min adam köçüb. Ay İsa, Keramə və Tuveyhine düşərgələrinə sığınan Rakkalılar, ağır şərtlər altında həyatda qalmağa çalışırlar. Rakka Məclis Üzvü Abdulla Nuri, Rakkadan qaçanların sığındığı 3 bölgəni Nasist düşərgələrinə bənzədib. PKK-nın nəzarət etdiyi düşərgələrdə vətəndaşlara zülm və işgəncə edildiyini deyən Nuri, "Rakkadan çıxmaqla zülm bitmir. Elektrik, su, çörək, hamam və tualet kimi həyati ehtiyacların qarşılanmadığı düşərgələrdən PKK tərəfindən zorla aparılan vətəndaşların əksəriyyətindən bir daha xəbər alınmır. Buralar sanki Alman faşist düşərgəsini xatırladır" deyə, söyləyib. Nuri həmçinin PKK-nın şəhəri yağmaladığını, zərər görməyən hər bir evə girib, hər şeyi oğurladıqlarını deyib.

Müxalifət.az