ABŞ-ın PKK həmləsinin arxasındakı “tələ”

Baxış sayı:
130

Suriya PKK-PYD-YPG-ni Suriya Demokratik Qüvvələri (SDG) örtüyü altına salma cəhdi tutmayan ABŞ-ın yeni planı əslində aylar əvvəl məlum idi. 15 fevralda Brüsseldəki NATO toplantısı öncəsi aparılan danışıqlarda ABŞ-ın müdafiə naziri Ceyms Mattis, dövrün müdafiə naziri Nurəddin Canikə, "YPG-ni PKK-dan ayırıb, PKK-ya qarşı döyüşdürə bilərik" demiş, Mattis həmçinin İraqdakı PKK ünsürlərinə qarşı mübarizədə Türkiyəyə dəstək verməyi təklif etmişdi.
 
Bu istiqamətdə PKK lider heyəti üzərindən atılan son həmlə ilə, 11 noyabrda keçiriləcək görüşlərdə, Münbiç və Fəratın şərqi məsələsində küncə sıxışan ABŞ-ın "PKK-ya qarşı birgə döyüşək, SDG içindən PKK-lıları ayıraq" təklifi gətirmək planını da ortaya qoymuş oldu.
 
HEÇ SƏMİMİ OLMADI
 
Türkiyəni YPG-yə qarşı yumşaltma və terrorçu ortağını legallaşdırmaq səyini davam etdirən Amerika, bir tərəfdən Türkiyə ilə münasibətlərini düzəldərkən, digər tərəfdən Suriya PKK –sı ilə tərəfdaşlığını pozmamaq üçün çalışır. Ankaranın təkidi ilə Münbiç sözünü tutmaq məcburiyyətində qalan Vaşinqton, buna qarşı PYD-YPG-ni Suriyanın gələcəyində söz sahibi kimi təqdim etməyə çalışır. Bunun önündəki tək əngəl olan Türkiyənin yola gətirilməsi lazımdır. ABŞ bu addımla eyni zamanda Türkiyəni Fəratın şərqindən uzaq tutmaq istəyir. Ancaq Ankara, ABŞ-ın mükafat addımını bir çox cəhətdən səmimi görmür. Çünki ABŞ axtardığı bu şəxslər əslində uzun müddətdir ki, Amerikanın əlinin altındadır. Amerikalı generallar daha bir neçə gün öncə Suriyada PKK-nın Dağlıca və Aktütün terror hücumlarının səsbəbkarı Azad Simi ilə birlikdə vertolyotla kəşfiyyata çıxmış, bu terrorçunu bölgədəki döyüşçülərin başına gətirmişdi.
Müxalifət.az