ABŞ-PKK birliyi Suriyada neft və su mənbələrini ələ keçirir

Baxış sayı:
2371

Suriyada İdlib gərginliyi davam edərkən ABŞ, terror təşkilatı PKK/YPG ilə Fəratın şərqində sahədəki hakimiyyətini genişləndirir. ABŞ ordusu, Suriyada neft zəngini Deyrizor şəhərində DEAŞ-ın nəzarətindəki Hajin rayonuna əməliyyat başladıb. Terror təşkilatı PKK, Hajini ələ keçirməklə Fəratın şərqindəki su və enerji mənbələrini tamamilə ələ keçirmiş olacaq. Hajin rayonunda DEAŞ-ın yüzlərlə ifadə edilən silahlı döyüşçüsünün olduğu güman edilir.
 
YENİ BAZA VƏ MƏNTƏQƏLƏR
 
ABŞ Suriyada müttəfiqi terror təşkilatı PKK/PYD işğalındakı sahələrdə yeni məntəqə və bazalar quraraq hərbi varlığını gücləndirir. 2015-dən başlayan baza qurma fəaliyyətləri çərçivəsində Hasekədə 2 hava bazası inşa edən ABŞ, Rakka və Münbiçdə də cəmi 8 hərbi əməliyyat nöqtəsi yaratmışdı. ABŞ, 2017-dən bu yana ümumilikdə 5 yeni baza və əməliyyat məntəqələri qurdu. Bunlardan 2-si Münbiçdə, Fərat Qalxanı bölgəsini müdafiə edən qüvvələrə yaxın ərazidə inşa edilib. Rakkanın şimalındakı Tel Abyad rayon mərkəzinin cənub-qərbində isə 2 hərbi məntəqə qurub.
 
ENERJİ VƏ SUYA NƏZARƏT
 
ABŞ, İraq sərhədində yerləşən enerji zəngini Deyrizor rayonunun YPG/PKK işğalındakı qismində də bir baza inşasını tamamlayıb. Deyrizorun cənub-şərqindəki Saban neft və qaz sahəsinin cənubunda, Yeşilköy olaraq anılan və villa tipli tikililərdən ibarət olan yaşayış massivinin şimal-qərb hissəsindəki ərazidə baza yaradılıb. Fərat çayına təxminən 10 kilometr məsafədəki sahə, Saban neft və qaz sahəsi ilə Tanak emal zavodunu və Ömər neft sahəsinin əsas hövzəsinin şimalına açılan yolun birləşmə nöqtəsinə nəzarət edir. Suriyaya aid enerji mənbələrinin 70 faizi isə bu bölgələrdə yer alır. PKK neft və qazı Dəməşq rejiminə və tayfalara sataraq gəlir əldə edir. Terror təşkilatı, regionun ən mühüm su mənbəyi olan Fərat çayına da nəzarət edir.
Müxalifət.az