ABŞ-ın pilotsuz hava uçağı vuruldu

Baxış sayı:
3283

Taliban, Amerika Hava Qüvvələrinə məxsus MQ-9 Reaper tipli insansız hava uçağını Paktika əyalətində vuraraq salıb. Talibana yaxın mənbələr, vurulan silahlı hava uçağının görüntülərini təbliğatlarını apardıqları xəbər saytlarında dərc edib.
 
Sözügedən pilotsuz hava uçağının məlumat toplamaq üçün bölgədə uçuş apardığı bildirilərkən, görüntülərdə AGM-114 Hellfire raketləri də diqqət çəkir. Taliban mənbələrinin bölüşdüyü raketlərin partlamamış olduğu görünür.

Müxalifət.az