​ABŞ-ın paytaxtında fövqəladə vəziyyət: Fəlakət yaxınlaşır...

Baxış sayı:
4015

Yaxınlaşan “Florens” qasırğası səbəbindən ABŞ-ın paytaxtı Vaşinqtonda fövqəladə vəziyyət rejimi elan edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Vaşinqton meri Muriel Bouzer Tvitter hesabında məlumat yayıb.
O, təbii fəlakətdən qorunmaq üçün şəhər əhalisinə bir sıra tövsiyyələr də verib.
Qeyd edək ki, bundan öncə ABŞ-ın şərq sahillərində “Florens” qasırğası səbəindən fövqəladə vəziyyət rejimi tətbiq edilmişdi.