​ABŞ “Patriot”ları Rusiyanın 150 raketini MƏHV ETDİ

ABŞ-ın Səudiyyə Ərəbistanına tədarük etdiyi “Patriot” raket əleyhinə kompleksləri vasitəsilə 2015-ci ildən indiyə qədər Ər-Riyad Yəməndən atılan SSRİ istehsalı olan 100-dən çox raketin qarşısını alıb.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiya “Patriot” komplekslərinin istehsalını həyata keçirən ABŞ-ın “Raytheon” şirkətinin hesabatında yer alıb. Hesabatda raketlərin 90%-nin qarşısının Patriot PAC-2 kompleksləri, 10%-nin isə Patriot PAC-3 kompleksləri ilə alındığı bildirilib.
Şirkət həmçinin Birləşmiş Ərəb Əmirliklərinin də Yəmən raketlərini “Patriot”lar vasitəsilə məhv etdiyini vurğulayıb.
Qeyd edək ki, ümumilikdə Yəməndən bu il ərzində başqa ölkələrə 150 raket atılıb.