​ABŞ Paşinyanı Kremldən qoruya biləcəkmi? – Şərh

Baxış sayı:
2788

ABŞ Rusiyanın forpostu Ermənistanda Kremlə siyasi baxımdan “ustad dərsi” keçdi.
Bu sözləri politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, Ermənistandakı inqilabın arxasında duran, bu inqilaba dəstək verən birmənalı şəkildə ABŞ-dır:
“Ermənistanda ən böyük səfirlik ABŞ-ındır. ABŞ Ermənistanda özünə yaxın siyasi qüvvələrin hakimiyyətə gəlməsinə kömək edib, amma bu, hələ Ermənistanın Rusiyadan qopması deyil. Ermənistanı Rusiyadan qoparmaq cəhdləri var və bunu da Rusiya görüb Ermənistana mesajlar verir. Ruslar sözlərdən hərəkətə keçsə, çətin ki, ABŞ Ermənistanı Rusiyadan qoruya bilsin”.
Politoloq vurğulayıb ki, ABŞ Ukraynanı da Rusiyadan qoruya bilməmişdi:
“Rusiya real hərəkətə keçsə, Paşinyan iqtidarını ancaq xalq qoruya bilər. Təsadüfü deyil ki, hakimiyyətinin 100 gününə Paşinyan xalqını mitinqə çağırıb. Xalqın dəstəyi isə adətən sabit olmur. Ona görə İrəvan Moskvaya qarşı açıq üsyan etmir”.
Politoloq qeyd edib ki, artıq Moskvanın səbri tükənməkdədir:
“Ermənistan vəziyyəti o həddə çatdırıb ki, Moskva real şəkildə Ermənistana qarşı addımlar ata bilər”. (axar.az)