ABŞ Pakistana 300 milyonluq yardım ayırmaqdan imtina etdi

Baxış sayı:
835

Birləşmiş Ştatlar Pakistana ayrılmalı olan 300 milyon dollarlıq yardımdan tamamilə imtina edib.

“Report” xəbər verir ki, bunu ABŞ-ın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Koun Folkner deyib.

Söhbət ilkin olaraq antiterror əməliyyatları öncəsi Pakistana yardım üçün nəzərdə tutulan vəsaitlərdən gedir. Lakin bu, ABŞ prezidenti Donald Trampın Cənub-Şərqi Asiya ilə bağlı yeni strategiyasının elan olunmasından sonra dondurulub. O vaxt ABŞ administrasiyası İslamabad tərəfindən yaraqlılarla mübarizəyə sadiqlik nümayiş etdirən inandırıcı addımlar görənə qədər təqribən 900 milyon dolların dondurulduğu qeyd olunmuşdu. Nəticədə bu il ABŞ hökuməti qəti olaraq 500 mln. dolları ayırmaqdan imtina edib, indi isə daha 300 mln. dollarlıq vəsaitlə eyni şəkildə davranmaq qərarına gəlib.

"Pakistanın Cənub-Şərqi Asiyada strategiyaya dəstək göstərilməsi ilə bağlı qətiyyətsiz fəaliyyəti sayəsində yerdə qalan 300 mln. dollar yenidən bölüşdürülüb", - deyə Folkner bildirib.

O izah edib ki, bu vəsaitlər Konqress tərəfindən təsdiq olunarsa, digər "vacib prioritet məsələlərə" sərf olunacaq.