ABŞ özü yetişdirdiyi PKK terrorçularını vurdu

Baxış sayı:
5953

ABŞ rəhbərliyindəki koalisiya, İŞİD-ı görüncə qaçan PKK/YPG-nin əsasını təşkil etdiyi DSG döyüşçülərini vurub. Rus mətbuatına açıqlama verən hərbi səlahiyyətli, "DSG-lılar peşəkarlıqla uyğun gəlməyən hərəkətlər edib" deyib.
 
BÖLGƏ İŞİD-ın ƏLİNƏ KEÇDİ
 
ABŞ, F-15 döyüş təyyarələri əksəriyyətini PKK-lıların təşkil etdiyi DSG döyüşçülərini bombalayıb. Edilən açıqlamada, "Kürd birliyi bombalandı. 6 Kürd döyüşçü ölüb, təqribən 15 nəfər də yaralanıb" deyə bildirilib.
ABŞ qüvvələri ilə DSG arasında koordinasiya yoxluğunun yeni əməliyyatın uğursuzluğuna səbəb olub. Açıqlamada, "Kürdlər kütləvi halda fərarilik edərək qaçıblar. Əməliyyatın keçirildiyi bölgə İŞİD-ın nəzarəti altına keçib" deyilib.
 
ABŞ PROBLEMLƏRİ HƏLL ETMƏDİ, AVROPALILAR GİROV QALDI
 
İŞİD-ın geri aldığı regionlarda 750-dən çox adamın girov götürüldüyü qeyd olunub. İŞİD girov götürdüyü mülki şəxsləri canlı qalxan olaraq istifadə etməyə davam edir.
Hərbi səlahiyyətli, "Bütün bu baş verənlər, ABŞ-ın Suriyadakı siyasətinin uğursuz olduğunu göstərir. ABŞ, İraqda olduğu kimi, Suriyada da problemləri həll etmir, əksinə, yeni problemlər yaradır" deyə söyləyib.
İŞİD-ın bölgədə əsir aldıqları arasında, Qərbi Avropa və digər ölkələrin vətəndaşları, o cümlədən 750-dən çox adamın olduğu ifadə edilib.
Müxalifət.az