“ABŞ özü qurduğu nizamı dağıdır” – SEDA direktoru Hasan Basri Yalçın

Baxış sayı:
9571

SEDA Direktoru dosent Hasan Basri Yalçın ABŞ-ın Türkiyə ilə S-400 böhranı ilə Yeniakit-in suallarını cavablandırıb.
 
Sual: ABŞ prezidenti Tramp "Fəratın şərqinə girib, kürdləri vursanız iqtisadi olaraq sizi məhv edərik" tivitini atanda yanvar ayında idik. 4 ay keçdi, Fəratın şərqi mövzusu rəfə qalxdı, yerinə S-400-lər gəldi, təhdid eyni şiddətdə davam edir. Bizi nə ilə təhdid edir ABŞ, "seçiminizi edin" deyəndə? "Ya mənimləsən, ya Rusiyaylamı" deyir?
 
“Kaş o qədər dəqiq bir şey desəydi, amma ortada konkret bir şey yoxdur. Trampın dediyi şeylər içərisində hər şey çox aydın görünməsinə baxmayaraq davamında nə ola biləcəyinə dair heç kəsin proqnozu olmadığı üçün söylədiyi şeylərin aydın olmadığını fərq edirik. Türkiyə və Amerika arasındakı problemi yalnız müəyyən hadisələr üzərindən, bir-birinə təkan verən bir proses kimi baxsaq yanılarıq. Bu hadisələrin hər biri Türkiyə ilə ABŞ arasındakı problemlərin səbəbləri deyil, bir göstəricisidir. Və bu göstəricilər təkcə Türkiyə-ABŞ münasibətlərindəki gərginliklərin təzahürü deyil, dünya ilə Amerikanın yaşadığı gərginliklərin təzahürüdür. Yeganə problem yaşayan ölkə Türkiyə deyil. Sadəcə, Türkiyə böhran bölgələrində daha çox qarşılaşdığı üçün ən əvvəl və ən çox böhran yaşayan ölkədir. Bu səbəblə, Türk-Amerika əlaqələri daha gərgin görünür.
 
ABŞ MƏSULİYYƏTSİZ BİR XARİCİ SİYASƏT ANLAYIŞINA KEÇDİ
 
Sual: Bəs əsas məsələ nədir?
 
Əsas məsələ 2011-dən bu yana Amerika olduqca məsuliyyətsiz bir xarici siyasət mövqeyinə keçdi. ABŞ-ın Soyuq Müharibə qurtarandan bəri ümumi olaraq aqressiv xarici siyasət apardığını söyləyə bilərik. Dünyanın hər tərəfində baza yaratmaq, lazım olanda dəyənəklə demokratiya gətirmək kimi bir çox işə girişdi ABŞ. Bunları edərkən hələ də dünyada problemli bir liderlik, hegemoniya siyasətinə davam edirdi. Bu mövqe bir çox ölkələri narahat edir, eyni zamanda, İranı da narahat edir, Türkiyəni də, Avropanı da. Amma dünyada ABŞ kimi böyük bir güc hegemon olduğu müddətdə beynəlxalq sistemdə bir sabitlik olur. Heç kəs heç kəslə dava etməz. Türkiyə İrandan təhdid hiss etməz, İran Səudiyyə Ərəbistanından təhdid hiss etməz. İran İsraildən təhdid hiss etməz. Çünki məhəllənin bir qoçusu var və o qoçu olduğu müddətdə qonşular bir-biri ilə dava etməzlər. Dolayısıyla, belə gözlənməyən bir yan təsir nisbi sabitliyi təmin edirdi Amerikanın varlığı.
 
ABŞ QOÇULUĞA ÜSTÜNLÜK VERDİ
 
Sual: Sonra nə oldu?
 
Amerika bu sabitliyi davam etdirməsinin özü üçün dəyərli olmadığını, digər ölkələr üçün xərci azaltdığını, özünün bir jandarm vəzifəsini yerinə yetirmədiyini, çünki özü jandarm rolunu oynayarkən digərlərinin bu sabitlikdən bəhrələnərək iqtisadi yollarla böyüdüklərini düşünüb.
ABŞ S-400 alişı üçün Türkiyəyə problem yaradır, amma problem yaşadığı yeganə ölkə Türkiyə deyil. Rusiya, Çin, İran, Almaniya başda olmaqla, Avropa ölkələri də problemlidir. Amma əsas problem Amerikanın öz qurduğu sistemi öz əlləri ilə dağıtması və müttəfiqlərinə zərər verməsidir.
Hazırladı: Müxalifət.az