“ABŞ ordusunun aşağı döyüş hazırlığından şoka düşmüşəm” - NAZİR

Mən Amerika ordusunun döyüş hazırlığının aşağı səviyyədə olmasından şoka düşmüşəm.
Muxalifet.az xəbər verir ki, bunu ABŞ Konqresində dinləmələr zamanı Müdafiə naziri Ceyms Mettis söyləyib. O, ABŞ ordusunun stabil maliyyələşməyə ehtiyacı olduğunu bildirib:
“Heç bir düşmən bizim döyüş qabiliyyətimizə xərclərin ixtisarı qədər zərər vura bilməzdi. Mən Amerika ordusunun döyüş hazırlığının aşağı səviyyədə olmasından şoka düşmüşəm”.