ABŞ onların başına 12 milyon dollar mükafat qoydu

ABŞ İranın dəstəklədiyi Hizbullah terror təşkilatına xidmət edən iki komandirin tutulmasına yardım edən və ya onlar haqqında bilgi verən insanlara mükafat verəcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən açıqlamada “Ədalət üçün mükafat proqramı” çərçivəsində Təlal Hamiyənin həbs edilməsinə yardım edənə 7, Fuad Şükrünün həbs edilməsinə yardım edənə isə 5 milyon dollar mükafat veriləcəyi bildirilib.
1997-ci ildən bəri Hizbullah təşkilatını terror siyahısına salan ABŞ terrorçular haqqında bu bilgiləri paylaşıb:
 
“Təlal Hamiyə Hizbullahın bütün dünyadakı təşkilati nöqtələrini idarə edən Xarici Təhlükəsizlik Qurumunun (XTQ) başçısıdır. XTQ Livan xaric, terror hücumlarının planlaşdırılması, koordinasiyası və tətbiqindən məsul olan Hizbullah ünsürüdür.
Fuad Şükrü isə uzun zamandır Hizbullahın katibi Həsən Nəsrallahın hərbi işlər üzrə məsləhətçisidir. O, Beyrut və Livanda təşkil edilən, 241 amerikalı əsgərin həyatına son qoyan ABŞ Dəniz Piyadaları Donanması bombardmanının planlaşdırılması və idarə edilməsində mərkəz rolunu oynayıb”.