​“ABŞ-ın nüvə doktrinası bəşəriyyətin məhvinə gətirib çıxara bilər” – RƏSMİ TEHRAN

Baxış sayı:
3903

ABŞ-ın nüvə doktrinası bəşəriyyətin məhvinə gətirib çıxara bilər.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif bildirib.
“ABŞ-ın nüvə doktrinası, nüvə silahının yayılmaması müqaviləsinə zidd olaraq, nüvə silahından ciddi asılılığı əks etdirir. Beləliklə, bu doktrina bəşəriyyəti tam məhvə yaxınlaşdırır. Təəccüblü deyil ki, biz 1953-cü ildən bu vaxtadək  dünyanın sonuna daha çox yaxınlaşmışıq”, - deyə  Məhəmməd Cavad Zərif qeyd edib.
“ABŞ prezidenti Donald Trampın İrana dair Hərtərəfli Birgə Fəaliyyət Planını ləğv etdirməkdə göstərdiyi inadkarlığı həmin ağılsızlıqdan irəli gəlir”, - deyə M.Cavad Zərif qeyd edib.  
Qeyd edək ki, fevralın 2-də dərc edilən yeni nüvə doktrinada ABŞ Rusiya, Çin və KXDR-i  Asiya-Sakit Okean regionunda təhlükə adlandırıb.